Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub: Xəsarət alanlar var - VİDEO

17.05.2021 12:37 4 146
Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub: Xəsarət alanlar var - VİDEO
Gürcüstanın Dmanisi rayonunda kütləvi dava olub.

Qarşıdurma yerli azərbaycanlılar və Svaneti bölgəsindən olan şəxslər arasında baş verib.

İnsidentdən öncə tərəflər mübahisə ediblər. Əllərində dəyənəklər və digər küt alətlər olan svanlar azərbaycanlılardan birinə məxsus mağazaya hücum edərək dağıntılar törədiblər.

Otuza yaxın şəxsin iştirak etdiyi dava zamanı bir neçə nəfərin ağır xəsarətlər aldığı bildirilir. Xəsarət alanlar arasında mağaza sahibinin qohumları da var.

Qarşıdurmaya səbəb kimi marketdə svanlara məhsulun nisyə satılmaması olub.

Hadisənin şahidləri bildiriblər ki, Dmanisidə azərbaycanlılara məxsus ticarət obyektlərində bu cür hal ilk dəfə baş vermir: “Polisə bununla bağlı şikayətlər olunsa da, hələ heç bir ölçü götürülməyib”.

Hazırda insidentin baş verdiyi ərazidə istintaq tədbirləri həyata keçirilir. Yerli azərbaycanlılar marketin yaxınlığında toplaşıblar. Onlar hadisənin etnik zəmində baş verdiyini iddia edirlər.скачать dle 11.3
Mojo.az Banner