Mojo.az Banner
18:39 Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub  |     18:26 Paytaxtda 22 istiqamətdə sıxlıq müşahidə olunur  |     18:16 Naxçıvanda qarın hündürlüyü 89 sm-ə çatıb  |     18:12 Zavod çörəklərinə qatqı vurulur? - "1 gün qalanda qıcqırır"  |     18:08 Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - Video  |     17:33 Sabah Mingəçevir və Bərdədə qaz olmayacaq  |     17:30 Boynuna asdığı patrona görə cəzalandırıldı: "Məni qoruyacağını düşünmüşdüm"  |     17:23 Bakıda kişi narkotik almaq üçün pul verməyən anasını döyüb  |     17:14 Qurban Qurbanov "Neftçi"nin imtinasından danışdı  |     17:02 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbərinin şikayəti təmin edilmədi  |     16:26 "ASAN Xidmət"də səs-küy saldı, cərimə olundu  |     16:22 Bakıda ana sevgilisi ilə birlikdə azyaşlı oğluna işgəncə verdi - FOTO  |     16:07 Daha yeddi Ermənistan vətəndaşına hökm oxundu  |     15:55 Lavrov üçtərəfli razılaşmalardan danışdı  |     15:53 ABŞ-nin Bakıdakı səfirliyindən azərbaycanlılara viza ilə bağlı müraciət - FOTO  |     15:37 Ali Məhkəmə keçmiş vəkillə bağlı qərar verdi  |     15:35 İcra başçısı özünə birinci müavin təyin etdi  |     15:22 Puqaçova ictimaiyyətdən uzaqlaşdı  |     14:17 Müəllimlər məzuniyyəti bu şərtlərlə alacaqlar - QAYDALAR  |     14:05 Mehdiabadda qanunsuz fəaliyyət göstərən kolbasa sexi aşkarlandı  |    
Left Banner
Right Banner

Prezident: “Ermənistan üçün ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir“

26.02.2021 14:01 3 012
Prezident: “Ermənistan üçün ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir“
“Müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq!”.

Bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir:

“Bəyanatın müddəalarının böyük bir hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks təqdirdə Ermənistan daha da ağır vəziyyətə düşəcək. Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalı və hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. 30 il ərzində bu məsələlərlə məşğul olan beynəlxalq qurumlar, ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var. Azərbaycan müharibədə məğlub olmuş tərəfdir. Siz bu reallıqla barışın. Çalışın ki, bu reallıqdan maksimum özünüz üçün məqbul variantı seçəsiniz. Biz isə belə çağırışları rədd edirdik. Öz mövqeyimizdən bir addım belə geri durmurduq. Mən bunu açıq bəyan edirdim”.

“İndi isə mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratmışıq. Bununla Ermənistan və başqa ölkələr barışmalı, hesablaşmalıdır. Ermənistanın indi bir neçə seçimi var. Onlar üçün ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə onlar üçün daha böyük problemlər yarana bilər”, - deyə prezident qeyd edib.скачать dle 11.3