Mojo.az Banner
20:08 Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü - VİDEO  |     19:59 Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib  |     19:51 Güllələnən müəllimin atası: "Sosial şəbəkədə nə gəldi yazırlar" (VİDEO)  |     19:31 Azərbaycan cüdoçusu finala vəsiqə qazandı  |     19:25 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?  |     19:15 Şəmkirdə qətlə yetirilən qadının öldürülməsinin təfərrüatı  |     19:07 Qubada evdə PARTLAYIŞ: "Azəriqaz" rəisinə cinayət işi açıldı  |     18:57 Çin avtomobilləri nə qədər bahalaşıb? - "Martın sonundək..."  |     18:49 Saxta pasportla Azərbaycana daxil olmağa çalışan Əfqanıstan vətəndaşına hökm oxundu  |     18:36 Günahsız insanları atəşə tutdular - Onlarla ölü  |     18:18 Dubaydan gələn əcnəbi Bakıya enən kimi TUTULDU  |     18:12 Bakıda kafenin tualetindən meyit tapıldı  |     17:55 Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ  |     17:48 Pakistanda məsciddəki terror aktı nəticəsində ölənlərin sayı artdı  |     17:37 At ətini mal ətindən necə ayırmaq olar? - İqtisadçıdan təklif  |     17:36 Bəzi bölgələrdə güclü külək əsəcək  |     17:11 Ekrem İmamoğlunun mühafizəçisi saxlanıldı  |     16:35 Liseydə müəllimini güllələyən şagird həbs edildi  |     16:16 Bakıda sayğac fırıldağı: Pulları götürüb aradan çıxdı  |     16:12 "Lombard Türkanə" ləqəbli qadına hökm oxundu  |    
Left Banner
Right Banner

Yüzlərlə maşın icazə olmadan postlardan keçmək istədi - RƏSMİ

03.07.2020 12:23 2 641
Yüzlərlə maşın icazə olmadan postlardan keçmək istədi - RƏSMİ
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 01.07.2020-ci il saat 00:00-dan 02.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 717 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 106 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 824 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 85-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 85-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 300-ü rayon, 150-i paytaxt istiqamətinə olmaqla 450 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 700 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
скачать dle 11.3