Mojo.az Banner
11:51 Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar  |     11:49 Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat aldı  |     11:47 Azərbaycanda cibdə qatlanan bıçaq gəzdirmək qadağan oluna bilər - DEPUTATDAN TƏKLİF  |     11:39 Azərbaycanda satılan uşaq qidasında ÇİRKLƏNDİRİCİ aşkarlandı (FOTO)  |     11:34 Meymunçiçəyi virusu dəyişir: Alimlər yeni mutasiya dalğasını aşkarladılar  |     11:30 Leyla Əliyeva Davos səfərindən paylaşım etdi - FOTO  |     11:21 Bakıda ağır qəza: Ölən var  |     11:16 Qəbul və buraxılış imtahanlarının VAXTI AÇIQLANDI  |     23:02 Sabah bu ərazilərdə işıq olmayacaq  |     22:57 Taksilərlə bağlı yeni qayda - Qiymətlər artacaq?  |     22:50 Pezeşkian: "Dövlət öz səhvlərini qəbul etməlidir"  |     22:49 "Qarabağ" - "Ayntraxt" oyununda ilk hissə yekunlaşdı  |     22:41 Qrenlandiyada nazir sakinlərə narahatedici çağırışla müraciət etdi  |     22:35 Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var  |     22:29 Hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərə fasilə verilib? - RƏSMİ  |     22:06 Bakıda 40 yaşlı qadın qətlə yetirildi  |     21:59 "Qarabağ" "Ayntraxt Frankfurt"a qarşı: Oyunda hesab açıldı - Video  |     21:52 Avropada böyük narkotik şəbəkəsi çökdürüldü  |     21:44 “Qarabağ” və “Ayntraxt”ın start heyətləri açıqlandı  |     21:40 Azərbaycanda bir gün ərzində qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb olub  |    
Left Banner
Right Banner

“Azərpoçt”un şöbələrinin fəaliyyəti məhdudlaşdırılır - RƏSMİ

05.06.2020 13:42 2 648
“Azərpoçt”un şöbələrinin fəaliyyəti məhdudlaşdırılır - RƏSMİ
Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə iyunun 4-də elan edilən qərara uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən ərazilərdə yerləşən bütün poçt şöbələri, eyni zamanda Bakı və Sumqayıt şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri 5 iyun saat 14:00-dan 8 iyun saat 08:00-dək xidmət göstərməyəcək.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri əvvəlki iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.скачать dle 11.3