Mojo.az Banner
23:01 Ermənistan AES-in istismar müddətini uzadır  |     22:53 Qurban Qurbanov xanımı və qızı ilə - Video  |     22:47 Tibb işçilərinin maaşları artırılacaq? - VACİB AÇIQLAMA  |     22:40 Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI  |     22:35 Azərbaycanlılar şopinq üçün ən çox hansı ölkələrə üz tutub?  |     22:26 Banklardan kənarda olan nağd pul kütləsi 18 milyard manata çatıb  |     22:21 Novxanıda sürət qatarı qarşısına çıxan piyadanı vurub öldürdü  |     22:14 Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalandı  |     22:08 Mənimsəmədə ittiham olunan şirkət direktorunun cinayət işinə xitam verildi  |     22:01 "Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı  |     21:57 Rusiyada "WhatsApp" tamamilə bloklandı  |     21:47 Gəncədə ana 40 günlük körpəsindən imtina etdi  |     21:36 Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı  |     20:58 Duman Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti ləngidir  |     20:56 Qadını sosial şəbəkə ilə hədələyən şəxs saxlanıldı  |     20:34 Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbərinin cinayət işinə xitam verildi  |     20:02 İlhamə Elşadqızı barəsində olan hökmdən şikayət etdi  |     19:35 İsrail və ABŞ İrana təzyiqi artırır  |     19:27 Unudulan xəstəliklər geri qayıdır - Peyvəndlər azaldı, ölümcül virus ortaya çıxdı  |     19:04 Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq  |    
Left Banner
Right Banner

Mehriban Əliyeva: "Tibb işçilərimiz bu çətin sınaqdan şərəflə çıxırlar"

28.03.2020 22:40 2 635
Mehriban Əliyeva:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində tibb işçilərimizlə bağlı paylaşım edib.

Median.Az
xəbər verir ki, paylaşımda deyilir: “Bu gün biz hamımız çətin günlər yaşayırıq. Yeni, bugünədək elmə məlum olmayan təhlükəli xəstəlik - koronavirus epidemiyası gündəlik həyatımızı alt-üst edib. Müasir dünya hələ belə böhranla qarşılaşmamış və bu miqyasda karantin tədbirləri tətbiq etmək zərurəti ilə üzləşməmişdir.

Koronavirus pandemiyası müasir səhiyyə sistemi üçün son dərəcə çətin sınaq oldu. Hətta bir çox qabaqcıl, inkişaf etmiş ölkələr belə onun öhdəsindən gələ bilmirlər.

Koronavirusla mübarizəni artıq müharibə ilə müqayisə edirlər. Bu, həqiqətən də müharibədir. Sözün əsl mənasında, gözəgörünməz düşmənlə müharibədir.

Bir çox ölkələr kimi, Azərbaycan da fövqəladə tədbirlər görmək, sərhədləri bağlamaq, ciddi karantin rejimi tətbiq etmək məcburiyyətindədir. Görünməz təhlükə ilə mübarizə bu gün müxtəlif istiqamətlərdə aparılır. Bu mübarizə müxtəlif peşə sahibləri olan bir çox insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Amma ən vacib və ən mürəkkəb vəzifəni bu gün bizim tibb işçilərimiz, bizim həkimlərimiz, tibb bacılarımız, texniki heyət, alim və laborantlarımız yerinə yetirirlər.

Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. Onların hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir.

Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb olunur. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar. Epidemiya ilə mübarizəyə tibb işçilərimizdən ibarət böyük ordu qoşulub. Onların sırasında kişilər və qadınlar, təcrübəli həkimlər və hələ çox gənc olanlar, görkəmli xadimlər və bu peşəyə yenicə qədəm qoymuş ali təhsil müəssisələrinin məzunları, tibb bacıları, texniklər və sanitarlar var. Onlar bizim həmvətənlərimizin – təhlükəli virusa yoluxan insanların həyatını xilas edirlər.

Əziz tibb işçilərimiz,

Fədakarlığınıza, imkanlarınız daxilində sərf etdiyiniz əməyə, hər gün nümayiş etdirdiyiniz qəhrəmanlığa görə sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bu gün sizin simanızda biz xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik, səmimiyyət və qarşılıqlı yardım kimi ən gözəl xüsusiyyətlərinin təzahürünü görürük.

Gərgin əməyiniz, fədakarcasına çalışmağınız sonsuz təşəkkürə layiqdir. Əminəm ki, bu qorxunc epidemiyanın qarşısının alınması üçün siz əlinizdən gələni edirsiniz və bundan sonra da edəcəksiniz. Biz sizə, sizin peşəkarlığınıza hədsiz dərəcədə inanırıq.

Sizə cəsarət, dözüm və ən əsası cansağlığı arzulayıram!

Uca Tanrı sizi qorusun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.скачать dle 11.3
Mojo.az Banner