Komitə rəsmisi: Uşaqların evdən qaçmaması üçün valideynləri maarifləndirmək lazımdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Bakıxanovda istinin təsirindən ağac od tutub yandı - VİDEO  |     22:23 "Gənclik Mall"un qarşısında təhlükə: "BMW" sürücüsü görün nə etdi - VİDEO  |     22:15 Sadəcə bir düymə ilə telefonun enerji yığmasını sürətləndirin  |     22:11 Portağal qabıqları ürək sağlamlığını yaxşılaşdırır – Alimlər  |     22:05 "Oğlanı özümə bağlamaq üçün 2000 manat verdim" - Azərbaycanda falçı FIRILDAĞI (FOTO)  |     21:58 Konsert zamanı yarasa müğənnini dişlədi  |     21:52 Yuxuda çətir görmək nə deməkdir?  |     21:46 "YouTube"da dəyişiklik - Bu videolara baxmaq mümkün olmayacaq  |     21:34 Bu insanlar çiyələk yeməməlidir - Diqqətli olun  |     21:29 Çexiyada qatarlar toqquşdu: 4 nəfər ölüb, 22 nəfər yaralanıb  |     21:18 Mağazalarda saxta endirim oyunu – Vətəndaşlar necə aldadılır?  |     21:11 BCM-ə şikayət edildi: Solovyov və Simonyanın həbsinə order verilməsi tələb edilir  |     21:04 AQTA sahibkarı 2 maddə ilə cərimələdi - İş məhkəməlik oldu  |     20:58 “Sədərək Yusif”lə Bakı Baş Gömrük İdarəsi arasında nə baş verib?  |     20:51 Polis əməkdaşı təlim zamanı aldığı xəsarətdən vəfat etdi  |     20:45 İngiltərə Premyer Liqasında VAR sistemi ləğv olunmayacaq  |     20:38 Azərbaycanda 5 ayda 83 milyon manatdan çox güzəştli kredit verilib  |     20:30 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     20:25 Azərbaycanın amputant millisi Avropa çempionatında ilk qələbəsini qazanıb  |     20:16 Xəzərdə süni torpaq sahələrinə dair icarə haqları yaxın bir ayda təsdiqlənəcək  |    

Komitə rəsmisi: Uşaqların evdən qaçmaması üçün valideynləri maarifləndirmək lazımdır

Dünən səhər saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında 9-11 yaşlı qız ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib. Uşaq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini dilə gətirib.

Bənzər hadisə ilə birinci dəfə deyil ki rastlaşırıq. Bu problemin kökündə əslində nə dayanır?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Fərid Ədilov məsələni Oxu.Az-a şərh edərkən deyib ki, əksər hallarda valideynlərin uşaqlarla davranış şəklini bilməməsi azyaşlıları evdən qaçmağa vadar edir:

"Bu gün valideynlərin maarifləndirilməsinə ehtiyac var. Uşaqla daim ünsiyyətdə olan valideynlər uşaqlarla davranışa diqqət etməlidir. Bəzən uşaqlara qarşı zorakılıq və onların baxımsız qalması ilə bağlı məsələlərlə qarşılaşırıq. Aşkar edilən halların aradan qaldırılması və həlli istiqamətində müvafiq araşdırmalar aparırıq.

İlk olaraq qeyd etmək istərdim ki, Azərbaycanın bütün şəhər və rayonlarında yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Bu monitorinq qrupları həmin ərazilərdə vəziyyətin öyrənilməsi və yoxlanılması, həmçinin riskli ailələrin müəyyən edilməsi və onlara müvafiq dəstəyin göstərilməsi məqsədini daşıyır. Bununla yanaşı, monitorinq qrupları zorakılıq qurbanlarının müdafiəsini, bənzər halların müzakirə edilməsini də təmin edir".

Onun sözlərinə görə, araşdırmalar zamanı müəyyən olunur ki, uşaqlar ailə zəminində üzləşdiyi zorakılıq və baxımsızlıq səbəbindən bəzən evi tərk edirlər:

"Bu kimi məsələlərdə valideyn məsuliyyətinin artırılması və onun önəmi bir daha ortaya çıxır. Buna görə də valideynlərin maarifləndirilməsinə ehtiyac var.

Komitə tərəfindən uşaq hüquqları, ümumiyyətlə, bu istiqamətdə təşkil edilən təlim və tədbirlərə mütləq şəkildə valideynləri də dəvət edirik. Çalışırıq ki, onların bu sahədə maarifəndirilməsi işi artsın, valideyn-uşaq münasibətləri düzgün qurulsun. Bu halda azyaşlılar hər hansı problemin həllini evdən qaçmaqda deyil, valideynləri ilə ünsiyyətdə görəcək".

Psixoloqlar isə düşünür ki, yaşından asılı olmayaraq, uşaqların, xüsusilə, qızların evdən qaçmasının kökündə ailədaxili problemlər dayanır. Necə ki uşaqların doğru, uğurlu addımları valideylərin zəhmətinin nəticəsidir, yol verdikləri səhvlər də yenə valideynlərin məsuliyyətsizliyinin nəticəsidir. Psixoloqlar bir çox ailələrin ciddi reabilitasiyaya ehtiyacı olduğunu düşünürlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 705 20.08.19 13:32