BCM-ə şikayət edildi: Solovyov və Simonyanın həbsinə order verilməsi tələb edilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:56 COP29-la əlaqədar qeydiyyatdan keçən qonaqların sayı AÇIQLANDI  |     14:50 COP29 dönəmində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər  |     14:44 "Crocus" terroru ilə bağlı yeni təfərrüat: Məhv edilmiş telefonlar istintaqa kömək etdi  |     14:39 8 min metrlik zirvəni 50 dəfə fəth etdi: Yeni dünya rekordu  |     14:31 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib  |     14:28 Fransada Rusiya ilə silahlanma yarışına hazırlaşırlar  |     14:23 "Azərişığ"ın vəzifəli şəxsi Cəbrayılda avtomobil qəzasında həyatını itirdi  |     14:12 Bəzi ölkələrdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub  |     14:05 Lənkəranda öldürülən gəncin FOTOLARI (YENİLƏNİB)  |     14:01 Bakıda bacısını boğaraq qətlə yetirən şəxs məhkəmə qarşısında  |     13:49 Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb  |     13:43 Türkiyə XİN Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edib  |     13:38 Evdə tək qalan psixoloji problemli şəxs faciəli şəkildə öldü  |     13:31 Azərbaycanda tələbə qəfil vəfat edib - FOTO  |     13:26 Laçında yabanı halda bitən bir tondan artıq çətənə kolu məhv edildi  |     13:18 COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazə olmayacaq - RƏSMİ  |     13:10 Ruben Vardanyan barədə qərar verildi - VİDEO  |     13:05 Bakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI  |     13:03 Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib  |     13:02 Bərdədə narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən sürücü saxlanılıb  |    

BCM-ə şikayət edildi: Solovyov və Simonyanın həbsinə order verilməsi tələb edilir

Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH) və tərəfdaşları Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğuna məktubla altı rusiyalı təbliğatçının həbsinə order verilməsini xahiş ediblər.

Bu barədə "Meduza”ya daxil olan qurumun press-relizində deyilir.

Hüquq müdafiəçiləri teleaparıcı Vladimir Solovyovun, RT telekanalının baş redaktoru Marqarita Simonyanın, "Rossiya seqodnya” media qrupunun rəhbəri Dmitri Kiselyovun, radio və teleaparıcı Sergey Mardanın, habelə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin həbsinə order verilməsini tələb ediblər.

Bəyanat müəlliflərinin fikrincə, onların hamısı Ukraynada dinc əhaliyə qarşı nifrətin yayılması kampaniyasında iştirak edərək Rusiyanın hərbi cinayətlərinə töhfə verirlər. Hüquq müdafiəçiləri bildirirlər ki, bu hərəkətlər insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilər.

FIDH həmçinin hesab edir ki, Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini, Rusiya televiziyasında dövlət təbliğatına məsul şəxs Aleksey Qromov da ukraynalıların nifrət nitqi ilə təqib edilməsinə görə məsuliyyət daşıyır.

Müraciət çərçivəsində hüquq müdafiəçiləri 24 fevral 2022-ci il və 24 fevral 2024-cü il tarixləri arasında rusiyalı təbliğatçıların bəyanatlarının iki mindən çox videoyazısını təhlil ediblər. Ümumilikdə, FIDH və tərəfdaşları ukraynalılara qarşı nifrət nitqi hesab edilən 300-dən çox bəyanat müəyyən ediblər. FIDH araşdırmasının nəticələri BCM Prokurorluğuna göndərilib.

Xatırladaq ki, 2023-cü ilin martında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar uşaqları Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.
//qaynar.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            405 06.06.24 21:11