Yayımlandığı gündən böyük tamasaçı rəğbəti qazanan “Çernobıl” serialı intihara səbəb olub.
Median.Az-ın lent.az-a istinadən məlumatına görə, filmi izləyən Çernobıl Atom Elektrik Stansiyasında çalışmış Naqaşibay Zusupov 6 seriyanı da izlədikdən sonra intihar edib.
Qızının açıqlamasına görə, Zusupov filmi göz yaşları ilə izləyib. Yaşadıqları yenidən gözləri önündə canlanıb, görünür əzaba dözə bilməyib.
Zusupov Çernobıl faciəsindən sonra 5 uşağı və həyat yoldaşı ilə Qazaxıstana keçərək ağır şəraitdə yaşayıb.
Qeyd edək ki, Çernobıl faciəsindən bəhs edən 6 seriyalı “Çernobıl” 6 may 2019-cu ildə yayıma başlayıb.