Dünyada ilk robotlaşdırılmış hotel əməkdaşlarının yarısını “işdən qovdu” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |     13:05 Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? - VİDEO  |     13:01 Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır - VİDEO  |     12:55 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir  |     12:33 Ağdamda bədbəxt hadisə: Fəhlənin sinəsinə armatur batdı  |     12:06 Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb  |     11:54 Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir  |     11:34 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər  |     11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |    

Dünyada ilk robotlaşdırılmış hotel əməkdaşlarının yarısını “işdən qovdu”

Yaponiyanın Sasebo bölgəsində yerləşən “Henn-na Hotel” hotelinin rəhbərliyi bəzi robotların fəaliyyətini dayandırmaq qərarına gəlib.

Median.Az
“The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, onların öz öhdəliklərini yaxşı yerinə yetirə bilmədiyi məlum olub.

Bildirilib ki, müxtəlif göstərişlər yerinə yetirən robotların yarısının fəaliyyətinə son qoyulub.

Məlum olub ki, maşınlar canlı personalın işini yüngülləşdirmək əvəzinə, onlara mane olur. Qeyd edilib ki, ixtisarlara qədər hoteldə 243 robot işləyirmiş.

Misal üçün, bəzən robotlar qonaqların yuxuda xoruldamasını çağırış kimi qəbul və onları oyadaraq, nə istədiklərini soruşurlar.

Hotel yenidən canlı personalı işə götürməyə hazırlaşır.

Xatırladaq ki, “Henn-na Hotel” 2015-ci ildə ilk robotlaşdırılmış hotel adını qazanıb və Ginnesin Rekordlar kitabına düşüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 907 17.01.19 11:46