Mojo.az Banner
23:00 Orta qapıdan sərnişin mindirən avtobus sürücüləri cərimə olunur?  |     22:53 Bu sürücülər 50 manat cərimələnəcək  |     22:45 Gənc alimin ehtiyatsızlığına görə dünya ən qədim ağacını itirdi - 5 min yaşı var idi  |     22:40 Rusiya 15 Ukrayna vətəndaşını vətəninə qaytarıb  |     22:32 Alkoqol niyə xərçəngə səbəb olur?  |     22:27 Balakəndə qəzada yaralanan daha bir nəfər öldü  |     22:20 Bu ölkədə yeniyetmələrin sosial mediadan istifadəsi qadağan olunacaq  |     22:15 "Qarabağ"ın qış hazırlıq planı açıqlandı  |     22:06 Azərbaycanda uşaqlar arasında yayılan virus nədir?  |     22:01 AFFA 14 turda klubları 193 min cərimə edib - Pullar hara gedir?  |     21:53 Avtomobili ilə "Liverpul" azarkeşlərinə hücum edən şəxs 21 il həbs cəzası alıb  |     21:48 Azərbaycanda çay istehsalı azalıb  |     21:41 "Ford" maliyyə itkiləri və Trampın siyasətinə görə elektrik avtomobillərdən imtina edir  |     21:37 Banka kreit borcu olanlar üçün VACİB XƏBƏR  |     21:21 Putinin Türkiyəyə səfəri gözlənilir  |     21:19 "Babək qalası" adlandırılan QƏDİM TİKİLİDƏ arxeoloji qazıntı işləri aparılacaq? (Video)  |     21:10 ÜST: "Honkonq qripi" sürətlə yayılır"  |     21:05 Ermənistanda hərbi xidmətin müddəti azaldıldı  |     20:58 Vardanyanın məhkəmə istintaqı yekunlaşdı  |     20:43 Naxçıvanda son 1 ayda 85 nəfər məsuliyyətə cəlb edilib  |    
Left Banner
Right Banner

"Tərtər işi"ndə təqsirləndirilənlərin şikayəti RƏDD EDİLDİ

01.05.2025 13:53 837
Ali Məhkəmədə "Tərtər işi" ilə bağlı ittiham olunan bir qrup şəxsin - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barələrində hökmdən verilən kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə şikayət və protest araşdırılsa da, təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verərək təqsirləndirilən şəxslərin hər birinin cəzası 3 ay azaltmışdı.

2021-ci ilin dekabrında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.
//oxu.azскачать dle 11.3