Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan daha iki medal qazanıb.
Azərbaycan güləşdə daha bir gümüş və bürünc medalı aktivinə yazdırıb.
Elnurə Məmmədova (-53 kq) finalda rusiyalı Polina Lukinaya tuşe fəndi ilə uduzaraq gümüş medalla kifayətlənib.
Nigar Mirzəzadə (-65 kq) bürünc medal uğrunda görüşdə polşalı Zofia Polovçiki 7:6 hesabı ilə məğlub edib. Onun qələbəsində azərbaycanlı məşqçinin etirazı da rol oynayıb. Təkrara baxıldıqdan sonra hakimlər Nigarın rəqibini döşəkdən çıxardığına qərar verib.
/oxu.az/