Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Litvada baş məşqçi postuna gətirilən azərbaycanlı: “Futbolçu kimi də oynayacam”

19.03.2019 22:42 3 662
Litvada baş məşqçi postuna gətirilən azərbaycanlı: “Futbolçu kimi də oynayacam”
Azərbaycanın çimərlik futbolu üzrə idmançısı Sahib Məmmədov Litvanın çimərlik futbolu üzrə milli komandasının yeni baş məşqçisi təyin edilib. O, bundan sonra Litva milli yığmasını formalaşdıracaq. Gələn aydan etibarən beynəlxalq yarışlarda Litvanı Sahib Məmmədovun başçılıq etdiyi komanda təmsil edəcək.


Median.Az-ın məlumatına görə, azərbaycanlı mütəxəssis Sahib Məmmədov Sputnik Azərbaycan-a müsahibəsində peşəsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

- Neçənci ildən çimərlik futbolu ilə məşğul olursunuz?

- 2008-ci ildə Azərbaycanda çimərlik futbolu oynamağa başladım. 2014-cü ilə kimi Azərbaycanın milli çimərlik futbolunun idmançısı oldum. Daha sonra isə Türkiyəyə köçdüm. 2014-cü ildən Türkiyədə oynayıram. İki il Türkiyədə yaşadım, 2017-ci ildə Litvaya köçdüm və orada ailə qurdum. Artıq neçə ildir ki, orada yaşayıram. Eyni zamanda, Türkiyədə Arsuz Bələdiyyəsinin klubunda da oynayıram.

- Necə oldu ki, Litva milli yığmasına baş məşqçilik etmək təklifi gəldi?

- Litvada çimərlik futbolu inkişaf etməyib. Mən də "İnkaraz" klubunda məşq edirdim. Keçən mövsümdə Litva çempionatı olmuşdu. Orada oyunumu bəyəndilər və təcrübəmə güvənərək məni baş məşqçi postuna dəvət etdilər. Mən də böyük məmnuniyyətlə razılaşdım. Məqsədimiz də odur ki, Litvada çimərlik futbolunu inkişaf etdirək.

- Bundan sonra fəaliyyətinizi ancaq məşqçi kimi davam etdirəcəksiniz?

- Məşqçi kimi özümü ilk dəfə sınayacağam. 11 illik təcrübəmlə bu sahədə də uğur qazanacağıma inanıram. Ancaq tək məşqçiliklə kifayətlənmək fikrim yoxdur. Eyni zamanda Türkiyədə Arzus Bələdiyyəsinin klubunda oynamaqda davam edəcəyəm. İldə iki dəfə gedib klubumu təmsil edəcəyəm. Karyerama idmançı kimi son qoymaq fikrim yoxdur. Ən azı, 4 il futbolçu kimi məşqləri davam etdirəcəyəm.


- Sizə Azərbaycandan təklif gəlsə, qayıdarsınız?

- Nə zamansa, təklif gəlsə, əlbəttə ki, qayıdaram. Axı Azərbaycan mənim vətənimdir.

- Türkiyə ilə Litva çimərlik futbolunun fərqi nədir?

- Türkiyədə çimərlik futbolu daha yüksək səviyyədədir. Litvada isə komanda yeni yaranır.

- Litvaya Azərbaycandan idmançı dəvət edəcəksiniz?

- Gələn aydan məşqlərə başlayacağıq. Azərbaycan çimərlik idman növündə yaxşı idmançılar çoxdur. Ehtiyac olarsa, o idmançılardan dəvət edə bilərik.

- Gələcəkdə öz məktəbinizi açmaq kimi planınız varmı?

- Maddi cəhətdən mənə dəstək olan olsa, öz məktəbimi də aça bilərəm. Bunu da zaman göstərəcək.

Son xəbərlər