Azərbaycan Bakıda keçirilən Dünya Kubokunu bir medalla başa vurdu » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |     11:18 İstanbulda saxta içki kabusu: 11 nəfər öldü  |     11:13 Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib  |     11:08 Bakıda 15 yaşlı qız itkin düşüb  |     23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |    

Azərbaycan Bakıda keçirilən Dünya Kubokunu bir medalla başa vurdu

İdman gimnastikası üzrə Dünya Kubokunun final günündə Azərbaycan gimnastı Nikita Simyonov gümüş medal qazanıb.

Gimnastımızın halqalarda çıxışı hakimlər tərəfindən 14.800 xalla dəyərləndirilib. Nikitanın sözlərinə görə, tamaşaçıların dəstəyi ona uğurlu çıxış etməkdə kömək edib:

“Çox həyəcanlıyam. İzləyicilər çox yaxşı dəstək oldular, bu enerjini hiss edirdim. Təsnifat günü çıxışımda səhvlər var idi. Bunlar üzərində işlədim və yekundə final çıxışım daha yaxşı alındı. Doğma arenada, azarkeş dəstəyi də yüksək performans göstərməyimə kömək oldu”.

Qeyd edək ki, bu gün – yarışların son günü gimnastımız Marina Nekrasova daha bir final mərhələsində mübarizəyə qoşulub. Bu dəfə o, gimnastika tirində öz gücünü sınayıb. O, 11.366 xallıq nəticə ilə yeddinci olub.

Bununla da Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bu Dünya Kubokunda Azərbaycan dörd idmançı ilə təmsil olunub və bir gümüş medalla kifayətlənib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 761 18.03.19 11:22