"Mançester Yunayted"in sabiq çalışdırıcısı Joze Mourinyo Zinəddin Zidanın "Real"ın baş məşqçi vəzifəsinə təyin olunmasına münasibət bildirib.
Median.Az qol.az-a istinadən xəbər verir ki, o deyib: "Real" yeni baş məşqçisi olmadığım üçün məyus deyiləm. Mən heç vaxt "Real"a qayıtmağı arzulamamışam. Zidanın "Real"ın baş məşqçisi təyin olunması qərarının yaxşı olduğunu düşünürəm. O, son illər klub üçün çox gözəl işlər görüb. Zidana uğurlar arzulayıram".
Qeyd edək ki, "Real"ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında klubun sabiq çalışdırcısı J.Mouriyonun da olduğu iddia olunurdu.