Azərbaycanda uşaq paralimpiyasının inkişafında yeni mərhələ » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |     11:18 İstanbulda saxta içki kabusu: 11 nəfər öldü  |     11:13 Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib  |     11:08 Bakıda 15 yaşlı qız itkin düşüb  |     23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |    

Azərbaycanda uşaq paralimpiyasının inkişafında yeni mərhələ

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) və UNICEF - Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu arasında anlaşma memorandum imzalanıb. Sənədi MPK prezidenti İlqar Rəhimov və UNICEF-in Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Edvard Carvardin imzalayıblar.

Median.Az
xəbər verir ki, əməkdaşlığın məqsədi Azərbaycanda Uşaq Paralimpiya Hərəkatının daha da inkişaf etməsi və bununla da idmanın gücündən istifadə etməklə sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin reabilitasiyası, sağlam inkişafı və cəmiyyətə sosial inteqrasiyasına töhfə verməkdir.

Əməkdaşlıq, həmçinin sağlamlıq imkanları məhdud olan uşaqların və yeniyetmələrin reabilitasiyası və cəmiyyətə inteqrasiyası, öz potensiallarına tam çatmaları üçün imkanlarının genişləndirilməsi, idman uğurları əldə etmək imkanı verilməsi, yaşadıqları icmaların həvəsləndirilməsi, pozitiv münasibət göstərmək məqsədi ilə yerli icmalarda davamlı sosial dəyişikliklər əldə olunmasına töhfə verməyi əhatə edir.

Əməkdaşlığa əsasən, bundan sonra uşaq paralimpiya hərəkatı tək paytaxt Bakını deyil, eyni zamanda regionları da əhatə edəcək.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 451 11.03.19 19:22