Qarışıq stil (MMA) üzrə döyüşçü, irlandiyalı Konor MakQreqor ilə döyüşçülərin mütləq çempionatında (UFC) qələbələrin sayına görə rekordçu, amerikalı Donald Serrone arasında döyüş iyulun 6-da keçirilə bilər.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Serrone öz ınstragam səhifəsində yerləşdirdiyi fotoşəkildə iki alkoqollu içki şüşəsinin yanında dayanıb. Gələcək rəqiblər həmin içkiləri reklam edirlər. Şəkilaltı mətndə bu içkilərin markaları və 6 iyul tarixi göstərilib.
Serrone UFC çempionatında 30 döyüş keçirib. 35 yaşlı Serrone həmin döyüşlərin 22-də qalib gəlib, 8-də məğlub olub. Hazırda o, qələbələrin sayına görə rekordçudur.
30 yaşlı MakQreqor isə qarışıq təknövçülükdə 25 döyüş keçirib, bu görüşlərdən 21-ni qələbə ilə (o cümlədən 18 döyüşü vaxtından əvvəl), üçünü məğlubiyyətlə başa vurub. İrlandiyalı döyüşçü UFC tarixində eyni vaxtda həm yarımyüngül, həm də yüngül çəki dərəcələrində iki titul qazanmış ilk idmançı olub.