"Barselona"nın sabiq futbolçusu Andrea Orlandi karyerasını başa vurub.
Median.Az xəbər verir ki, o, ürək problemləri səbəbindən futbolla vidalaşdığını deyib: "Həkim pis xəbəri deyəndə kədərləndim. Təbii ki, qəbul etmək məcburiyyətində qaldım. Mənə kömək edən həkimlərə minnətdaram. İndi futbol haqqında yox, gələcək barədə düşünmək lazımdır".
Qeyd edək ki, Andrea Orlandi karyerası ərzində "Barselona" ilə yanaşı, İspaniyanın "Alaves" və İngiltərənin "Suonsi" klublarında da çıxış edib. O, son olaraq Hindistanın "Çennayin" komandasının formasını geyinib.