"Liverpul"un hücumçusu Sadio Manenin evi oğrular tərəfindən soyulub.
Median.Az qol.az-a istinadən xəbər verir ki, hadisə "Liverpul" - "Bavariya" qarşılaşması zamanı baş verib. Oğurluq zaman evdə heç kim olmayıb. Oğrular evdən telefon, saat və maşın açarlarını götürüblər.
Qeyd edək ki, 26 yaşlı seneqallı futbolçunun 2017-ci ilin noyabr ayında da başına belə bir hadisə gəlmişdi.