Azərbaycanlı Avropa çempionu azarkeşlərə müraciət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:13 İsrail 55 fələstinlini azad edib  |     18:55 Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq  |     18:33 Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıblar  |     18:25 Kreml: Putin Ukrayna ilə bağlı istənilən dialoqa açıqdır  |     18:01 Azərbaycan və İsrail XİN rəhbərləri telefonla danışdı  |     17:55 Gəncədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlandı  |     17:40 İşğaldan azad olunan ərazilərə bu günə qədər ayrılan vəsaitin həcmi AÇIQLANDI  |     17:32 Tanınmış aparıcı "Space"dən getdi  |     17:28 Azərbaycanda yüksəkvəzifəli şəxs işdən çıxarılıb  |     17:25 DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı  |     16:44 Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri növbəti dəfə görüşüblər  |     16:19 Bəzi rayonlarda gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib  |     15:43 Antalya hava limanında beynəlxalq reyslər kütləvi şəkildə təxirə salınır  |     15:23 SOCAR-dan Gürcüstan yığmasına görə jest - Yanacaq 2 lari oldu  |     15:20 Dövlət qurumu məktəb direktorunu cərimələdi: Məhkəmə olacaq - FOTO  |     15:18 Həbib Nurməhəmmədovun hesablarına həbs qoyuldu  |     15:17 Sumqayıtda hündürlükdən yıxılan uşaq ölüb  |     15:16 Taksi fəaliyyəti üçün neçə sürücü icazə alıb? - AYNA-dan son rəqəmlər  |     15:10 Xızıda 18 yaşlı qız itkin düşüb - FOTO  |     15:05 Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxundu: Dördünə həbs, birinə cərimə kəsildi (Yenilənib)  |    

Azərbaycanlı Avropa çempionu azarkeşlərə müraciət edib

Fevralın 16-da Bakıda start götürəcək batut gimnastikası və tamblinq üzrə "AGF Trophy" Dünya Kuboku ərəfəsində azərbaycanlı Avropa çempionu Mixail Malkin azarkeşlərə müraciət edib.

"Report"un Azərbaycan Gimnastika Federasiyasının rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, 23 yaşlı idmançı tamaşaçı dəstəyinə ehtiyacının olduğunu bildirib.

Malkin bu dəstəkdən ruhlandığını açıqlayıb:

"Yarışdan əvvəl əhvalımı yaxşı saxlamaqdan ötrü dostlarımla görüşür, şəhərdə gəzişirik ki, başımı qatım və fikrim yalnız yarışda olmasın. Yaxşı nəticələrdən sonra uğurlarımı yaxınlarımla qeyd edirəm. Bu, məni digər yarışlara motivasiya edir. Tamaşaçı dəstəyi mənim üçün çox vacibdir. Bu dəstəkdən güc və enerji alıram. Gəlin, milli komandamıza dəstək olun".

Qeyd edək ki, 11 ildir tamblinqlə məşğul olan Mixail Malkin ötən il Avropa çempionu olaraq, ən böyük uğuruna imza atıb. 31 ölkənin qatılacağı "AGF Trophy" iki gün davam edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 148 01.02.19 23:59