AFFA-nın Hakimlər Komitəsi U-13 və daha aşağı yaş qruplarına aid komandalar arasında keçirilən turnirlərin oyunlarına bir hakimin təyin olunması barədə qərar qəbul edib.
Qərar beynəlxalq Oyun Qaydalarının tələbləri, beynəlxalq təcrübə və hakimlərin fiziki hazırlığının yüksəldilməsi əsas götürülərək qəbul olunub.
Xatırladaq ki, indiyə qədər qeyd olunan bəzi turnirlərdə oyunları iki hakim idarə edirdi.