Azərbaycanın futbol klubları 2018-ci ildə transferlərə 2,1 milyon dollar xərcləyib.
“Report” xəbər verir ki, bu barədə FIFA-nın hesabatında bildirilir.
Azərbaycan bu göstərici ilə dünyada 47-ci yerdədir. Siyahıya 1 milyard 981,3 milyon dollarla (ötən illə müqayisədə 20,5% artım) İngiltərə başçılıq edir. İspaniya 1 milyard 352.5 milyon dollarla (85,2% artım) ikinci, İtaliya isə 848.9 milyon dollarla (29.8% artım) üçüncü pillədə qərarlaşıb.
Azərbaycan klublarının transfer gəlirləri isə 1.4 milyon dollar təşkil edib. Ölkə bu göstəricidə 73-cü sıradadır. Gəlirə görə isə ilk sırada 936.3 milyon dollarla Fransa (45.4% artım), ikinci yerdə 935.2 milyon dollarla İngiltərə (42.7% artım), üçüncü yerdə isə 908 milyon dollarla İspaniya (8% artım) qərarlaşıb.
Qeyd edək ki, ötən illə müqayisədə Azərbaycan təmsilçilərinin ümumi transfer xərcləri 61,6% azalıb, gəlirləri isə 95.7% artıb.