“Neftçi” klubunun futbolçusu Dario Frederiko Cənubi Koreyanın “Daequ” komandasına transfer olunub.
Bu barədə oxu.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışının sonuncu günündə futbolçuya meneceri vasitəsilə başqa klubdan təklif gəlib.
Daha sonra tərəflər arasında bununla bağlı danışıqlar başlayıb.
“Neftçi”nin tələb etdiyi kompensasiya Cənubi Koreyanı klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib.