III Avropa Oyunlarını keçirmək üçün ikinci namizəd məlum olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |     18:45 Yeni COVID epidemiyası başladı: təhlükəlidir  |     18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |     18:21 Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?  |     18:18 Xaçmaza yeni polis rəisi təyin olunub  |     17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |    

III Avropa Oyunlarını keçirmək üçün ikinci namizəd məlum olub

2023-cü ildə baş tutması planlaşdırılan III Avropa Oyunlarını keçirmək istəyən ikinci namizəd məlum olub.

Rusiyanın Kazan şəhəri bu oyunların keçirilməsi üçün ərizə təqdim edib.

Rusiya Olimpiya Komitəsi Tatarıstanın paytaxtının bu istəyini dəstəkləyib.

“Kazan şəhəri Avropa Oyunlarının keçirilməsi üçün ərizəsini təqdim edib. Rusiya Olimpiya Komitəsi bu qərarı dəstəkləyir və bunu həyata keçirmək üçün tam dəstək göstərməyə hazırdır”, - təşkilatın rəhbəri Stanislav Pozdnyak deyib.

Onun sözlərinə görə, Avropa Oyunları ilbəil daha əhəmiyyətli idman hadisəsinə çevrilir.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda (və Mingəçevirdə) baş tutub. II Avropa Oyunları isə bu il Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək.

Bu ilin əvvəlində Polşa Katovitse şəhəri III Avropa Oyunlarının keçirilməsi üçün ərizəsini təqdim edib.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 535 30.01.19 14:40