"Bologna"ın yeni baş məşqçisi məlum olub.
Median.az Goal.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisinin "sükan"ı Sinişa Mihayloviçə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Karyerası ərzində "Milan", "Torino", "İnter", "Sampdoria" kimi komandaları çalışdıran Mihayloviç, 2012-2013-cü illər aralığında Serbiya millisinə rəhbərlik edib. 49 yaşlı mütəxəssisin son iş yeri Sporting klubu olub.
Qeyd edək ki, "Bologna" A Seriyasında 21 turdan sonra 14 xalla 18-ci pillədə qərarlaşıb.