Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınaraq, millimizin Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki görüşün stadionu dəyişdirilib.
İyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya millisinə qarşı keçirəcəyimiz oyunlar “Bakcell Arena”da təşkil olunacaq.
Qeyd edək ki, bu görüşlərin əvvəl BOS-da keçiriləcəyi müəyyənləşdirilmişdi.