Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu yanvarın 16-da ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Almaniyanın “Meppen” klubu ilə qarşılaşıblar.
Median.az xəbər verir ki, komandalar arasında razılığa əsasən, oyun üç hissədən ibarət olub. Matçın ilk iki hissəsində qapılara top vurulmayıb. Oyunun fasilələrində və gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. Matçdakı bütün qollar sonuncu hissədə vurulub. Öncə almaniyalılar iki qol vurublar. “Qəbələ” 119-cu dəqiqədə bu qollardan birinin əvəzini çıxıb. Komandamızın heyətində baxışda olan Vellerson da Silva fərqlənib.
Beləliklə, görüş “Meppen”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər təmsilçimiz "Qarabağ" isə 90 dəqiqə üstün oynadığı matçda Macarıstanın "Uypeşt" komandasına 1-0 məğlub olub.