Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Erməni idmançılar Bakıda: Bu, necə olub?

06.09.2018 18:01 7 444
Erməni idmançılar Bakıda: Bu, necə olub?
Azərbaycan müxtəlif dünya təşkilatları ilə sıx əməkdaşlıq edir və bütün beynəlxalq normalara riayət edir.

Bütün beynəlxalq idman tədbirlərində, misal üçün, dünya çempionatında, Bakıda keçirilmiş Birinci Avropa oyunlarında, müxtəlif turnirlərdə Azərbaycan iştirakçıların maksimum təhlükəsizliyini təmin edir.

Bir müddət əvvələ kimi erməni idmançılar da rahatlıqla Azərbaycana gəlir, yarışlarda iştirak edir və vətənlərinə dönürdülər. Yerevana qayıdan zaman Bakı haqqında və Azərbaycan paytaxtındakı turnirin təşkilatı ilə bağlı səmimi açıqlamalar verirdilər.

2011-ci ildə dünya çempionatından sonra erməni hərbçi deyib:

“Bakı çox xoşuma gəldi. Gözəl şəhərdir, orada çox vaxt keçirmək və gözəlliyindən həzz almaq istərdim. Mən Avropa Oyunlarından çox müsbət təəssüratlar qazandım. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Hər şey çox xoşuma gəldi: təşkilatçılıq da, keçirilmə də”.

Bakıda keçirilən Avropa Oyunlarındakı maraqlı bir anı yada salmaq olar, həmin vaxt İlham Əliyev erməni boksçuya medal təqdim etdi.

Ancaq son vaxtlar Yerevan bir neçə dəfə idmançılarını Bakıya göndərməkdən imtina edib. Sonuncu dəfə isə edilən imtina erməni tərəfinə çoxlu suallar yaradıb.

Xatırladaq ki, sentyabrın 20-27-də Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına bir neçə gün qalmış Ermənistan Azərbaycan tərəfinin erməni idmançılarının təhlükəsizliyinə zəmanət vermədiyi ilə bağlı yalan informasiyalar yayıb və tədbirdə iştirak edə bilməyəcəyini açıqlayıb.

Milli Məclisin gənclər və idman komitəsinin üzvü, deputat Adil Əliyev Oxu.Az-a açıqlamasında deyib ki, erməni idmançılar Ermənistan yığmasının tərkibində və ya legioner kimi heç bir təhlükə olmadan həmişə Azərbaycana gəliblər.

“Ölkəmizə girişinə qadağan olan idmançılar işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfər edən və Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına daxil olanlardır. Digər idmançıların isə təhlükəsizliyi tam təmin olunur.

Ermənistanda bunu bilirlər. Onlar başa düşürlər ki, Bakıda idmançıların təhlükəsizliyi barədə danışmaq ağılsızlıqdır. Azərbaycana son illər ərzində onlarla erməni idmançı gəlib və təhlükəsizliklə və ya təşkilatçılıqla bağlı heç bir şikayət olmayıb”, - deputat deyib.

O əlavə edib ki, Bakının erməni idmançıların təhlükəsizliyini təmin etməsindən başqa, bütün müvafiq qurumlar paytaxtımızın qonaqlarına qarşı ən cüzi təxribatın qarşısının alınması üçün işlər görür.

“İdmanı siyasiləşdirmək olmaz. Ermənilər bu fəaliyyəti ilə beynəlxalq rezonans doğurmaq istəyirlər. Ancaq Yerevanda başa düşməlidirlər ki, dinindən və ölkəsindən asılı olmayaraq, Bakı Azərbaycana gələn idmançıların təhlükəsizliyini təmin edib və edəcək”, - Əliyev qeyd edib.

Deputatın sözlərinə görə, bu, Ermənistanın son vaxtlar bütün sahələrdə mövqelərini itirməsi ilə də bağlı ola bilər.

“Belə olan halda, təbii ki, Yerevana ancaq yalan, təxribat və s. kimi alçaq əməllərə əl atmaq qalır”, - o əlavə edib.

//oxu.az

Son xəbərlər