Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Dörd güləşçimiz Türkiyədə finala çıxdı

28.07.2018 13:35 6 799
Dörd güləşçimiz Türkiyədə finala çıxdı
Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnir keçirilir.

Turnirin ilk günündə 57, 65, 74, 86 və 97 kq çəki dərəcələrində sərbəst, 50, 55, 59, 65 və 72 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb.

Sərbəst güləşçilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Murad Süleymanov (86 kq) və Aslanbəy Alborov (97 kq) bütün rəqiblərindən üstün olaraq finala yüksəlib. Finalda güləşçilərimiz müvafiq olaraq İran, ABŞ və İran idmançıları ilə qarşılaşacaq.

Aslanbəy Alborov ilk görüşdə komanda yoldaşı Şərif Şərifovu, yarımfinalda isə ABŞ idmançısı, Olimpiya çempionu Kayl Şnayderi mübarizədən kənarlaşdırıb.

Qadın güləşçilərin mübarizəsində isə 65 kq-da təmsilçimiz İrina Netreba bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Yarımfinalda Netreba komanda yoldaşı Elis Manolovadan üstün olub. Finalda İrina Netrebanın, eləcə də, bürünc medal görüşünə çıxacaq Elis Manolovanın rəqibi Ukrayna idmançısı olacaq.

Qeyd edək ki, final görüşləri bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Görüşlər “TRT Spor” telekanalı vasitəsilə canlı yayımlanacaq.скачать dle 11.3
Mojo.az Banner