Mojo.az Banner
00:09 Bakıda bu evlər söküləcək - Plana düşdü  |     22:57 Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR  |     22:53 Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı  |     22:44 Şəhid mayor Asiman Əliyevin atası vəfat etdi  |     22:31 Kişi arvadını, sonra özünü öldürdü - Lənkəranda DƏHŞƏT  |     22:21 Qonaq getmişdilər, evləri yandı  |     22:14 Hövsanda dəmir yolunun ətrafında tikilmiş evlər SÖKÜLƏCƏK  |     22:09 Şəkidə həyətdən qadın meyiti tapıldı  |     22:00 Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun  |     21:55 Ölkənin ən gənc generalları ONLARDIR  |     21:46 Yağış, qar yağacaq, güclü külək əsəcək  |     21:45 Tramp qlobal idxal rüsumlarını 10 faizdən 15 faizədək artırdı  |     21:31 Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək  |     21:29 Amsterdamın mərkəzi meydanında "Xocalıya ədalət" aksiyası keçirilib  |     21:24 Azərbaycanlı bacı-qardaş Dünya Kubokunun finalında  |     21:20 Gəncədə iki avtomobil toqquşdu, beş nəfər xəsarət aldı  |     20:58 Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər  |     20:40 Cəlilabadda ev yandı  |     20:35 Ramazan ayının dördüncü günü: İmsak və iftar vaxtı, günün duası  |     20:10 Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı  |    
Left Banner
Right Banner

Erməni futbolçu Azərbaycanda oynaya bilər

20.06.2018 17:36 6 579
Erməni futbolçu Azərbaycanda oynaya bilər
Lüksemburqun “Proqres” klubunun tərkibində Azərbaycana erməni futbolçu gələ bilər.

Söhbət Gürcüstanın paytaxtı Tbilisidə doğulmuş Aleksandr Karapetyandan gedir.

O, Avropa Liqasında “Qəbələ”yə qarşı oynaya bilər.

“Proqres”in 87 nömrəli futbolçusu nə Ermənistan, nə də Gürcüstan klublarında çıxış edib. Karapetyan daha çox Almaniyanın aşağı dəstə klublarında və Lüksemburqda karyera qurub.

Onun 2014-cü ildə Ermənistan millisinin formasında iki oyuna çıxdığını da qeyd etməliyik. Deməli, bu futbolçunun Ermənistan vətəndaşlığı da var.

Aleksandr Karapetyan ötən mövsüm “Proqres”in heyətində 23 oyun keçirib və 29 qola imza atıb. Komandasının əsas qol ümidi olduğunu nəzərə alsaq, Karapetyanın Bakıya gələcəyi real görünür.

Qeyd edək ki, bu artıq “Qəbələ” ilə bağlı yaranmış ikinci belə bir hadisədir. 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə qarşılaşmalı olan Dortmund “Borusiya”sı hazırda İngiltərənin “Arsenal” klubunda top qovan Ermənistan millisinin futbolçusu Henrix Mxitaryanı Bakıya gələ bilərdi. Lakin Almaniya klubu onu siyasi səbəblərə görə Bakıya gətirməmiş və futbolçunun zədəsi olduğunu bildirmişdi.//oxu.azскачать dle 11.3
Mojo.az Banner