Xankəndidə beynəlxalq idman yarışı keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:01 Azərbaycanda vəzifəli şəxslərin evində DƏHŞƏT: Qardaşlarının vəfat xəbərini eşidən anaları da ÖLDÜ  |     11:50 Ağcabədidə iki avtomobil toqquşub: Ölən var  |     11:45 Sumqayıtda ƏMƏLİYYAT - 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alındı - VİDEO  |     11:40 Lənkəranın bəzi əraziləri işıqsız qalıb  |     11:35 Avropada "Coca-Cola"dan sonra bu dəfə "Lay's" şoku: Satışdan yığışdırılır  |     11:21 Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşı evə buraxıldı  |     22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |    

Xankəndidə beynəlxalq idman yarışı keçiriləcək

Ölkəmizdə bu idman növü üzrə yaxşı potensial mövcuddur".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev deyib.

O bu idman növü üzrə bu gün start götürən ölkə birinciliyi və çempionatına münasibət bildirib:

"Bu gün bizdə yetəri qədər gənclər kamandan oxatmaya maraq göstərirlər. Çempionatda iki paralimpiyaçımız da böyüklər arasında mübarizə aparacaq. İnanıram ki, yarış gərgin mübarizə şəraitində keçəcək və idmançılarımız özlərini yaxşı tərəfdən göstərəcəklər".

Quliyev federasiyasının gələcək planlarını da açıqlayıb:

"Əsas məqsəd bu idman növünü yaşatmaq, inkişaf etdirmək, əlçatanlılığını təmin etməkdir. İdmançıların yaxşı nəticələr göstərməsi üçün şərait yaratmaq bizə çox vacibdir. Bu gün kamandan oxatmada təşkilatlanma baxımından vəziyyət bəlkə də çox yaxşı səviyyədə deyil. Amma çalışacağıq ki, yaxın müddətdə klubların sayı artsın. Yeni klublar yaradılsın. Bu gün əsas təşkilatlanma Bakıda var. Lakin gələcəkdə regionlarda da müvafiq infrastrukturun yaradılmasını nəzərdə tuturuq. Gələn il MDB ölkələri arasında çempionatı ölkəmizdə keçirəcəyik. Artıq proqrama daxil edilib ki, bu yarış Xankəndi şəhərində baş tutacaq. Azad olunmuş Qarabağımızda bu idman növünün olması simvolikdir".

Qeyd edək ki, Azərbaycan birinciliyi və çempionatı avqustun 25-dək davam edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            420 24.08.24 16:48