Almaniya millisinin sabiq futbolçusu İlkay Gündoğan karyerasını yenidən İngiltərə təmsilçisi "Mançester Siti"də davam etdirəcək.
Bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İlkay Gündoğan 2016-2023-cü illər aralığında "Mançester Siti"nin formasını geyinib. O, son olaraq İspaniyada "Barselona"da çıxış edib.