Mariya Stadnik: "Davam edib-etməyəcəyimə istirahətdən sonra qərar verəcəyəm" » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:08 Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar həbs olundular (YENİLƏNİB)  |     14:01 Azərbaycanda qrip əleyhinə əlavə vaksinə ehtiyac var? - Səhiyyə Nazirliyi AÇIQLADI  |     14:00 Ermənistanda məhbus öz dilini kəsib  |     13:58 Azərbaycanın üç rayonunda bəzi şəxslərə yeni mənzillər veriləcək  |     13:42 Sabiq nazir müavininə ağır itki  |     13:37 Ərinə it dedi, döyülərək xəstəxanalıq oldu  |     13:32 Türkiyə klubu çempionatda iştirakdan imtina edib  |     12:47 Suraxanıda yeniyetməni avtomobil vurub  |     12:45 COVID-19 yoluxmadan illər sonra da beyində qalır - Alimlərdən xəbərdarlıq  |     12:39 Antibiotiklər gücünü itirir: Dünya yeni pandemiya ilə qarşı-qarşıya  |     12:19 Sumqayıtda qonşular arasında DAVA: Qadın dəmirlə DÖYÜLDÜ  |     12:17 Braziliyada AZAL təyyarəsinin "qara qutu"larının deşifrəsi başa çatdı  |     12:15 AzTV-nin sabiq aparıcısı QƏFİL ÖLDÜ  |     12:09 Xaçmazda müxtəlif evlərdən oğurluq edən şəxs saxlanılıb  |     12:07 Azərbaycanda dəhşətli cinayət: Ərini doğrayıb kanala atdı (YENİLƏNİB)  |     11:49 Bakıda pişiyə işgəncə verən şəxs cəzalandırıldı - YENİLƏNİB (VİDEO)  |     11:43 Legioner limitini keçən klublar 100 min manat ödəməli olacaqlar  |     11:27 “Karantin qaydalarına əməl edilmir, yeni virusun Azərbaycana gəlməsi tam realdır” - Professor danışdı  |     11:07 Abşeronda 66 yaşlı qadının meyiti tapıldı  |     23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |    

Mariya Stadnik: "Davam edib-etməyəcəyimə istirahətdən sonra qərar verəcəyəm"

"Sevinirəm ki, 5-ci dəfə Olimpiya Oyunlarında iştirak etdim".

Bunu İdman.biz-ə Azərbaycan millisinin güləşçisi Mariya Stadnik (50 kq) deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 finalda Otqonjarqal Dolqorjava (Monqolustan) məğlub olan Stadnik bildirib ki, karyerasını davam etdirməyə hələ gücü var: "İstirahətə ehtiyacım var. Bütün gücümü, enerjimi, vaxtımı Olimpiya Oyunlarına hazırlıq üçün sərf etmişdim. Təəssüf ki, medal qazana bilmədim. Amma indi sakitəm. Çünki bilirəm ki, qalib olmaq üçün hər şansdan istifadə etdim. Ümid edirəm ki, gənc idmançılarımızı motivasiya edə bilərəm. Onlara tövsiyəm budur ki, məğlubiyyətlərə və yaşa baxmayaraq sona qədər getməli və işlərini sevməlidirlər. Karyeramı davam etdirməyə hələ gücüm var. Amma istirahət etdikdən sonra bu yolda davam edib-etməyəcəyimə qərar verəcəyəm".

Qeyd edək ki, London-2012 və Rio-2016-nın gümüş mükafatçısı olan Stadnik Pekin-2008 və Tokio-2020-də bürünc qazanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            411 10.08.24 18:52