Mojo.az Banner
23:00 Epşteynin sağ olduğu iddia edildi  |     22:56 Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı (Video)  |     22:45 Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - Video  |     22:33 "Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK  |     22:12 Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb  |     22:08 200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (Video)  |     22:01 Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək  |     21:50 AZTV-nin sədr müavininə ağır itki  |     21:40 Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı  |     21:29 Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda  |     21:17 "Qızıl qaya" istirahət mərkəzində yanğın oldu  |     21:06 Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)  |     20:51 On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı  |     20:37 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi - Sumqayıtda  |     20:36 "Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi  |     20:08 Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü - VİDEO  |     19:59 Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib  |     19:51 Güllələnən müəllimin atası: "Sosial şəbəkədə nə gəldi yazırlar" (VİDEO)  |     19:31 Azərbaycan cüdoçusu finala vəsiqə qazandı  |     19:25 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?  |    
Left Banner
Right Banner

Üçqat olimpiya çempionu Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır

29.07.2024 21:56 1 209
Üçqat olimpiya çempionu Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır
Üzgüçülük üzrə üçqat olimpiya çempionu olan avstraliyalı Ariarne Titmus Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır.

Median.Az
report.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Titmus hesab edir ki, Olimpiya kəndindəki şəraitə görə ən yaxşı nəticəsini göstərə bilməyib.

İyulun 27-də idmançı 400 metr məsafəyə sərbəst üzgüçülükdə olimpiya qızıl medalını qazanıb.

Titmus həlledici yarışda məsafəni 3 dəqiqə 57,49 saniyəyə qət edib.

"Bu, bacara biləcəyim vaxt deyildi. Amma Olimpiya kəndində yaşamaq çıxışıma birbaşa mənfi təsir edir. Bu şərtlər yüksək nəticələr üçün nəzərdə tutulmayıb", - idmançı bildirib.

Xatırladaq ki, avstraliyalı üzgüçü 400 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekordunun sahibidir. O, 2023-cü ilin iyulunda Yaponiyanın Fukuoka şəhərində keçirilən Dünya Su İdmanı Çempionatında final üzgüçülüyündə 400 metr məsafəni 3 dəqiqə 55,38 saniyəyə qət etmişdi.скачать dle 11.3