Mojo.az Banner
22:47 Tibb işçilərinin maaşları artırılacaq? - VACİB AÇIQLAMA  |     22:40 Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI  |     22:35 Azərbaycanlılar şopinq üçün ən çox hansı ölkələrə üz tutub?  |     22:26 Banklardan kənarda olan nağd pul kütləsi 18 milyard manata çatıb  |     22:21 Novxanıda sürət qatarı qarşısına çıxan piyadanı vurub öldürdü  |     22:14 Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalandı  |     22:08 Mənimsəmədə ittiham olunan şirkət direktorunun cinayət işinə xitam verildi  |     22:01 "Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı  |     21:57 Rusiyada "WhatsApp" tamamilə bloklandı  |     21:47 Gəncədə ana 40 günlük körpəsindən imtina etdi  |     21:36 Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı  |     20:58 Duman Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti ləngidir  |     20:56 Qadını sosial şəbəkə ilə hədələyən şəxs saxlanıldı  |     20:34 Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbərinin cinayət işinə xitam verildi  |     20:02 İlhamə Elşadqızı barəsində olan hökmdən şikayət etdi  |     19:35 İsrail və ABŞ İrana təzyiqi artırır  |     19:27 Unudulan xəstəliklər geri qayıdır - Peyvəndlər azaldı, ölümcül virus ortaya çıxdı  |     19:04 Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq  |     18:49 Azərbaycan XİN Kanadaya başsağlığı verdi  |     18:34 Pezeşkian Azərbaycana təşəkkür etdi  |    
Left Banner
Right Banner

Paris-2024: Bu gün altı idmançımız mübarizəyə start verəcək

29.07.2024 12:35 1 530
Paris-2024: Bu gün altı idmançımız mübarizəyə start verəcək
Azərbaycanın daha altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.

İlk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq. İdmançımız N qrupunun II matçında Kirsti Gilmurla (Böyük Britaniya) üz-üzə gələcək.

Ardınca qılıncoynatma yarışları başlayacaq. Təmsilçimiz Anna Başta 1/16 finalda Hon Yu Yanla (Çin) münasibətlərinə aydınlıq gətirəcək.

Daha sonra cüdoçular yarışacaqlar. Yığmamızın lideri Hidayət Heydərov (73 kq) Tohar Butbul (Serbiya) / Messaud Dris (Əlcəzair) cütünün qalibi ilə qarşılaşacaq.

Boksçuların mübarizəsində isə Məhəmməd Abdullayev (+92 kq) Nelvi Tiafakla (Almaniya) güclünü ayırd etməyə çalışacaq.

Günün sonuna yaxın azarkeşlər yenidən badmintonçuların mübarizəsinə şahidlik edəcəklər. Kişilərin yarışında E qrupunun ilk görüşündə təmsilçimiz Edi Reski Dviçayo Kollins Filimona (Avstriya) rəqib olacaq.

Sonda isə boksçu Malik Həsənov (63,5 kq) Laşa Quruli (Gürcüstan) ilə 1/8 final görüşünə çıxacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.скачать dle 11.3
Mojo.az Banner