ABŞ-nin kişilərdən ibarət komandası ilə 4×400 metr məsafəyə qaçışda Olimpiya çempionu olan Qil Roberts ikinci dəfə antidopinq qaydasını pozduğuna görə 8 il müddətinə yarışlardan uzaqlaşdırılıb.
Bu barədə ABŞ Andidopinq Agentliyi (USADA) məlumat yayıb.
Robertsin 20 sentyabr 2023-cü ildə ostarinlə bağlı verdiyi analizin cavabı müsbət olub. Həmin tarixdən sonra idmançının əldə etdiyi bütün nəticələr etibarsızdır. Bu idmançının son 10 ildə ikinci antidopinq qayda pozuntusudur.
Qeyd edək ki, iki il öncə Qil Roberts dopinq testindən keçə bilmədiyi üçün 16 ay müddətinə yarışlardan uzaqlaşdırılıb.