Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan millisinin yeni baş məşqçisi Portuqaliya, Yunanıstan və Avropa çempionu olub - DOSYE

12.06.2024 14:14 2 088
Azərbaycan millisinin yeni baş məşqçisi Portuqaliya, Yunanıstan və Avropa çempionu olub - DOSYE
Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernando Santuş kayresında müxtəlif uğurlar əldə edib.

Median.Az 
report-a istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssisin futbolçu karyerası elə də parlaq olmayıb. Sabiq müdafiəçi 1973-1987-ci illərdə yalnız "Eştoril" və "Maritimo"nun formasını geyinib.

Santuş məşqçilik karyerasına isə 1987-ci ildə start verib. O, 1987/1988 mövsümündə "Eştoril"də köməkçi məşqçi olub. 1994-1998-ci illərdə "Estrela da Amadora"ya rəhbərlik edib. Tanınmış mütəxəssisin uğurları məhz əsrin sonlarından başlayıb. O, 1998/1999 mövsümündə "Portu" ilə Portuqaliya çempionu olub. 1998 və 1999-cu illərdə ölkə Superkubokunu qazanıb. 1999/2000 və 2000/2001 mövsümündə isə ölkə kubokuna sahib çıxıb.

Santuş daha sonra ölkədən kənarda uğurlu çıxışla yadda qalıb. Mütəxəssis 2001/2022 mövsümündə AEK-i Yunanıstan çempionu edib. Daha sonra "Panatinaikos" (2022), "Sportinq" (2003/2004), AEK (2004-2006), "Benfika" (2006/2007), PAOK (2007-2010) və Yunanıstan millisində (2010-2014) işləsə də, titul əldə edə bilməyib.

2014-2022-ci illərdə ölkəsinin yığmasına rəhbərlik edib. Portuqaliya millisi tarixində ilk Avropa çempionluğunu da məhz bu baş məşqçi ilə əldə edib. Yığma 2016-cı ildə Fransada təşkil olunan turnirdə qızıl medallara yiyələnib. 2018/2019 mövsümündə isə UEFA Millətlər Liqasında qalib olub. Bundan əlavə, Portuqaliya yığması 2017-ci ildə Konfedarasiyalar Kubokunda bürünc mükafata da sahib çıxıb. Santuşun iki işi qısa çəkib: tanınmış mütəxəssis 2023-cü ildə Polşa millisində, 2024-cü ildə isə Türkiyənin "Beşiktaş" klubunda çalışıb.

Təcrübəli baş məşqçi 2016 və 2019-cu illərdə FIFA-nın versiyasına əsasən ilin ən yaxşı milli baş məşqçisi seçilib.

Qeyd edək ki, AFFA onunla 2028-ci Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə imzalayıb.

Son xəbərlər