İspaniyanın "Vilyarreal" klubu 41 yaşlı qapıçı Xose Reyna ilə yolları ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Reyna İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu olub. Həmçinin o, yığma ilə birlikdə Avropa çempionatının ikiqat (2008, 2012) qalibidir. Reyna "Bavariya" klubunun heyətində Almaniya Bundesliqasının (2014/2015 mövsümü), o cümlədən İngiltərə "Liverpul"unda UEFA Superkuboku (2005/2006 mövsümü) və ölkə kubokunun qalibi (2006-cı il) adını qazanıb.