Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında qızıl medal qazanıb.
Yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.
R.Saley bu növdə finalda bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.