Bakıda ilin son gimnastika çempionatları keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:50 Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib  |     16:37 Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl polis tərəfindən saxlanılıblar  |     16:11 Jozep Borrel: "Sülh normal bir hal deyil"  |     15:50 Üç aya 66 ədəd şokolad oğurladı, kafedə bir manata satdı  |     15:23 Bakıda kanalizasiya quyularından oğurluq edilib  |     15:07 18 illik həyat yoldaşından ayrılan Alsu ilk dəfə görüntüləndi  |     14:48 Sabiq nazirin oğluna vəzifə verildi  |     14:40 Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı qızla bağlı ekspertiza rəyi açıqlandı  |     14:31 Un məhsulları ilə bağlı yeni qaydalar qüvvəyə minəcək - TARİX  |     14:29 Sabah 35 dərəcə isti olacaq - PROQNOZ  |     14:17 55 min mənimsəmədə ittiham olunan xanım mühasibə ağır cəza istəndi  |     14:06 Mərkəzi Bankdan yeni birqəpikliklərə çəkilən xərclə bağlı AÇIQLAMA  |     12:51 Nərd oynayan zaman ona irad bildirən qonşusunu vurdu - MƏHKƏMƏ  |     12:44 Paşinyan: "Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması mümkündür"  |     12:29 Azərbaycanda su və kanalizasiya şəbəkəsinə qoşulma üzrə tariflərlə bağlı YENİLİK  |     12:21 Bakıda gənc qız özünü 15-ci mərtəbədən atdı  |     12:19 Bakının mərkəzində insan skeleti tapıldı  |     12:18 Azərbaycanda general-mayor ehtiyata buraxıldı  |     12:16 Sumqayıtda 16 və 25 yaşlı qızlar itkin düşüblər  |     12:16 "Antalyaspor" klubunun yeni baş məşqçisi bəlli olub  |    

Bakıda ilin son gimnastika çempionatları keçiriləcək

Bakıda ilin son gimnastika çempionatları keçiriləcək.

Bu barədə Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, batut gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyi, tamblinq üzrə 19-cu Azərbaycan çempionatı və Bakı birinciliyi ilin son milli yarışları olacaq.

Dekabrın 10-da Milli Gimnastika Arenasının köməkçi zalında keçiriləcək yarışda ümumilikdə 99 idmançı (batut üzrə 70, tamblinq üzrə 29) mübarizəyə qoşulacaq.

Tamblinq yarışında uşaqlar (2013-15), yeniyetmələr (2011-12), gənclər (2007-10) və böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Qaliblər təsnifat mərhələsində iki çıxışın cəminə əsasən müəyyənləşəcək.

Batutda isə fərdi çoxnövçülükdə balacalar (2016), uşaqlar (2013-15), yeniyetmələr (2011-12), gənclər (2007-10), böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. İştirakçılar uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında sinxron proqramda da qüvvələrini sınayacaqlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            828 09.12.23 18:41