“Mançester Yunayted” bəzi KİV nümayəndələrini mətbuat konfransına buraxmadı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |     16:39 Mirzоyan: "İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb"  |     16:31 Göyərtəsində azərbaycanlıların olduğu gəmilərin Afrikada saxlanılmasının detalları MƏLUM OLDU  |     16:27 Məşhur "Şuşa" restoranı sökülür - VİDEO  |     16:21 Əməliyyat zamanı doğum günü: Cərrah xəstənin həyatını heçə saydı - VİDEO  |     16:17 Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı  |     15:24 "WhatsApp"dan istifadəçilər üçün yeni möhtəşəm FUNKSİYA - FOTO  |     15:06 Baş Prokurorluqda yüksək vəzifəyə TƏYİNATLAR - FOTO  |     14:45 Paytaxtın bir küçəsində sürət həddi endirildi  |     14:21 Tiktoker "Nurdan" həbs edildi  |     14:20 Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub  |    

“Mançester Yunayted” bəzi KİV nümayəndələrini mətbuat konfransına buraxmadı

İngiltərənin “Mançester Yunayted” komandası baş məşqçi Erik ten Haq barədə tənqidi xəbərlərə görə bəzi jurnalistləri mətbuat konfransına buraxmayıb.

İngiltərə mətbuatında yer alan xəbərə görə, sabah oynanılacaq “Çelsi” ilə matçdan əvvəl hollandiyalı məşqçinin keçirdiyi mətbuat konfransına “Sky Sports”, “Daily Mirror”, ESPN və MEN müxbirləri girə bilməyiblər.

“Mançester Yunayted” klubu təsdiq edib ki, bəzi xəbər təşkilatlarına qarşı tədbir görülüb. Lakin bu addım xoşagəlməz xəbərlər hazırladıqları üçün deyil, xəbərlə bağlı şərh vermək və ya etiraz etmək imkanı üçün klubla əlaqə saxlamadıqlarına görə atılıb.

“Bunun əhəmiyyətli bir prinsip olduğuna inanırıq və bu prinsipin müdafiəsi də olduqca zəruridir. Ümid edirik ki, bu, bizim birlikdə işləməyimizin yenidən nizamlanmasına gətirib çıxaracaq”, - deyə klubun verdiyi açıqlamada qeyd edilib.

Mənbə: Haber Globalскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            918 05.12.23 19:38