Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Universitetlərə qəbul imtahanının modeli dəyişdiriləcək?  |     22:46 Təkrar sertifikatlaşdırmadan keçməyənlərin nəzərinə  |     22:39 Misirlilər 4000 il əvvəl xərçəngi cərrahi yolla müalicə edirmiş? - İnanılmaz  |     22:30 Bəhram Bağırzadənin sürücülük hüququ məhdudlaşdırıla bilər (SƏBƏB)  |     22:25 "YouTube" reklamlara baxmayanlarla mübarizə aparmaq üçün yeni üsul tapdı  |     22:19 Tarixdə ilk dəfə bir insan şəkər xəstəliyindən sağaldı  |     22:12 "Xaç atası"nın prodüseri Albert Raddi vəfat etdi  |     22:07 Niyaməddin Musayev: "Başı xarab adamlardır..."  |     21:56 "Bakı Gəmiqayırma Zavodu" üç ildə 220 mln. manatdan çox zərər edib  |     21:52 Abşeron rayonunda mənzildə yanğın başlayıb  |     21:45 Müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki xarakterli məhdudiyyətlər aradan qaldırılıb  |     21:41 Masallıda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır  |     21:27 MN-in mayorunu öldürməkdə təqsirləndirilən zabitin məhkəməsi başlayır  |     21:20 Səudiyyə Ərəbistanı İranın media nümayəndələrini ölkədən çıxarıb  |     21:12 UEFA Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı qolu açıqlanıb  |     21:05 Vladanka Andreyeva: Azərbaycanda minalarla mübarizəyə dəstəyi genişləndirmək imkanı var  |     20:59 İranda iki həftə ərzində 63 məhbus edam olunub  |     20:51 Beyləqanda 4 otaqlı evdə yanğın olub  |     20:44 Tramp məhkəmə xərclərinə görə təyyarəsini iranlı maqnata satıb  |     20:19 Azərbaycanda vəzifəli şəxs özünü güllələdi  |    

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub

Şahmatın rapid və blits növləri üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

Bakı Şahmat Klubunda təşkil olunan yarışda idmançılar əvvəlcə rapid, son gün isə blitsdə mübarizə aparıblar.

Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib. İki yarışın yekununa əsasən, 14 xal toplayan Ləman Hacıyeva Azərbaycan çempionatının qalibi olub.

Ayan Allahverdiyeva 13,5 xalla ikinci yeri tutub. Hərəyə 13 xal toplayan Türkan Məmmədyarova ilə Xəyalə Abdulla müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərdə üstün olan Türkan Məmmədyarova turniri üçüncü yerdə başa vurub.

Qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 3000 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan çempionatı Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            849 01.12.23 15:57