Azərbaycanın iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəldi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:05 Yeniyetmə qızdan şantajla 8400 manat aldı: Həbs olundu - FOTO  |     18:00 Naxçıvanda gecə saatlarında internet olmayacaq - SƏBƏB  |     17:58 AMEA-dan "Vikipediya"dan şəhidlərimizin məqalələrinin silinməsi ilə bağlı AÇIQLAMA  |     17:55 Buraxılış və Azərbaycan dili imtahanının nəticələri açıqlandı  |     17:52 Fermada məktəblinin meyiti tapıldı  |     17:45 "Hələ dərs açılmamış vəziyyət belədirsə..."  |     17:37 Bakı yollarında COP29 üçün zolaq salınır - VİDEO  |     17:30 Dondurulmuş qidalar təhlükə yarada bilər  |     17:23 Yeddi ay ərzində Azərbaycanda 35 mindən çox ölüm qeydə alınıb  |     17:16 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsində üç məntəqənin nəticələri ləğv olunub  |     17:08 Azərbaycanda əhalinin sayı açıqlandı  |     17:00 Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş başlayıb  |     16:59 Azərbaycanda əhalinin sayı açıqlandı  |     15:27 Yer zərbə altında: Plazma buludu planetə yaxınlaşır  |     15:00 Müğənni Kərim Abbasovun toyda döyülməsi ilə bağlı YENİ DETALLAR  |     14:39 Meymunçiçəyinə qarşı peyvəndin istifadəsinə icazə verildi  |     14:31 "Formula 1": "Ferrari" pilotu Bakıda qəza törətdi  |     13:55 İranın Parisdəki baş diplomatı Fransa XİN-ə çağırıldı  |     13:47 Sentyabrın 14-də hava durumu necə olacaq?  |     13:29 Elektron qəlyana görə tələbə yoldaşını öldürmək istəyən şəxslə bağlı QƏRAR  |    

Azərbaycanın iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəldi

Azərbaycan millisinin daha üç üzvü Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında qələbə qazanıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Avropa çempionu Nicat Hüseynov ilk görüşündə Françesko Messineo (Almaniya) ilə qarşılaşıb. 51 kq çəkidə mübarizə aparan idmançı inamlı qələbə qazanıb - 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). O, 1/4 finalda ilk mərhələdən azad olan italiyalı Fares Al-Assi ilə döyüşəcək. Görüş noyabrın 16-da olacaq.

Qitə çempionatının finalçısı Ruslan Qədirov (54 kq) da mərhələ adlayıb. O, 1/8 finalda italiyalı Tommaso Skiaccanı 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub edib. Qədirov noyabrın 16-da baş tutacaq 1/4 final döyüşündə Kaya Canla (Türkiyə) qüvvəsini sınayacaq.

60 kq-da Maqsud Xasmetov Berat Çiveleki (Türkiyə) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. O, noyabrın 14-də 1/8 final çərçivəsində irlandiyalı Kallum Ovenslə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 6 boksçusu rinqə çıxacaq. Daha əvvəl iki idmançı turnirə qələbə ilə start verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 380 14.11.23 13:28