Qurban Qurbanov: “Bayer 04”ə qarşı həddən artıq dinamik çıxış etməliyik” » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:04 Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında  |     12:03 Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu  |     12:00 Azərbaycan XİN İrana başsağlığı verib  |     11:57 Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb  |     11:55 Polis mayoru qəfil vəfat etdi  |     11:54 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:53 Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib  |     11:51 Tehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırdı  |     11:50 İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi  |     11:49 Gəncədə oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb - FOTO  |     11:44 Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO  |     11:43 Şirvanda 9 yaşlı uşaq qızdırmadan ölüb  |     11:41 Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ  |     11:41 Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır  |     11:39 Nigeriya ordusu 386 dinc sakini terroçulardan azad edib  |     11:38 "Crocus"da baş verən terror aktı ilə bağlı həbs olunan şəxslər məhkəməyə şikayət göndəriblər  |     11:36 Gəncədə 15 yaşlı oğlan bıçaqlandı  |     11:35 Bakıdakı yerüstü piyada keçidi sakinlərdə narahatlıq yaradıb (VİDEO)  |     11:28 İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirildi  |     11:16 İranın vitse-prezidenti Rəisinin öldüyünü RƏSMƏN TƏSDİQLƏNDİ  |    

Qurban Qurbanov: “Bayer 04”ə qarşı həddən artıq dinamik çıxış etməliyik”

“Bayer 04”ə qarşı həddən artıq dinamik çıxış etməliyik”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Çox ciddi komandaya qarşı oynayacağıq. İlk görüşdə böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularımız ruhdan düşməyiblər. Matça heç də pis hazırlamamışıq. Hazırda Avropanın ən dinamik komandalarından biridir. Çox yaxşı oyun fəlsəfələri və bunu düzgün icra edən futbolçuları var. Rəqiblə tam tanış olduq, futbolçulara lazım olduğu qədər izah etdik. Sabah doğma azarkeşlərimiz önündə mübariz oyun göstərmək istəyirik. Oyunçularımızın bunu bacaracaqlarına şübhə etmirəm”.

O, 8 Noyabr - Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib: “Hər kəsin bayramını təbrik edirəm. Bunun futbolçulara təsiri istər-istəməz olur, daha yaxşı oynamağa çalışırlar. Bəzən isə belə amillər oyunçulara əks təsir göstərə bilər. Həddən artıq aqressivlik mane ola bilər. Rəqibə uyğun oyun qurmalı və “Bayer 04”ün üstün cəhətlərinin qarşısını almalıyıq”.

Q.Qurbanov Leverkuzendəki 1:5 hesablı məğlubiyyətlə müqayisədə bəzi dəyişikliklərin olacağını vurğulayıb: “Həmişə öz oyunumuzu yaxşılaşdırmağı düşünmüşük. Əvvəlcə rəqibin oyununu pozmağa, sonra öz oyunumuzu göstərməyə çalışırıq. Bəzən bu alınmır. İstənilən halda cavab görüşlərində dəyişikliklər olur. Bu dəfə də matçın gedişində dəyişikliklər olacaq. İnanıram ki, bu, faydalı olar”.

Baş məşqçi mərhələ adlamaq üçün maksimum çalışacaqlarını deyib: “Ötən mövsüm Konfrans Liqasının pley-offuna adladıq. Bəzən istədiyimiz alınmaya bilir. Amma bu o demək deyil ki, ilk oyunlarla müqayisədə sonrakı matçlara yaxşı hazırlaşmırıq. Komandanın optimal formada olub-olmadığı vaxtlar olur. Bu gün “Bayer 04”ü saymasaq, digər üç komandanın hər birinin mərhələ adlamaq şansı var. Şansımız varsa, bunu düzgün təhlil edib, daha yaxşı nəticələr qazanmağa çalışacağıq”.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” oyunu saat 21:45-də başlayacaq.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            663 08.11.23 19:40