Paris Olimpiadasında milli komandanın xərcləri ilə bağlı büdcədən əlavə vəsait ayrılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |     16:39 Mirzоyan: "İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb"  |     16:31 Göyərtəsində azərbaycanlıların olduğu gəmilərin Afrikada saxlanılmasının detalları MƏLUM OLDU  |     16:27 Məşhur "Şuşa" restoranı sökülür - VİDEO  |     16:21 Əməliyyat zamanı doğum günü: Cərrah xəstənin həyatını heçə saydı - VİDEO  |     16:17 Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı  |     15:24 "WhatsApp"dan istifadəçilər üçün yeni möhtəşəm FUNKSİYA - FOTO  |     15:06 Baş Prokurorluqda yüksək vəzifəyə TƏYİNATLAR - FOTO  |     14:45 Paytaxtın bir küçəsində sürət həddi endirildi  |     14:21 Tiktoker "Nurdan" həbs edildi  |     14:20 Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub  |     13:29 BDYPİ traktor sürücülərinə ÇAĞIRIŞ ETDİ  |     13:28 "Cybertruck"ı partladan amerikalı cinayəti "ChatGPT" vasitəsilə hazırlayıb  |    

Paris Olimpiadasında milli komandanın xərcləri ilə bağlı büdcədən əlavə vəsait ayrılacaq

Fransanın paytaxtı Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarına hazırlıq və iştirakla bağlı xərclər üçün 12,9 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Bununla yanaşı, 2024-cü ildə Paralimpiya idman və Abilimpiya komandalarının təlim-məşq toplantılarının, həmçinin Xüsusi Olimpiya Komitəsinin idman komandalarının müxtəlif idman tədbirlərinin keçirilməsi və həmin idman komandalarının beynəlxalq yarışlarda iştirakı və beynəlxalq idman tədbirlərinə hazırlıq və digər təşkilati işlərinin maliyyə təminatı üçün 2,9 milyon manat vəsait proqnozlaşdırılıb.

Qeyd edilir ki, bu, 2023-cü illə müqayisədə 1,3 milyon manat və ya 1,8 dəfə çoxdur.

Artımın əsas səbəbi növbəti ildə XVII Paris Yay Paralimpiya oyunlarında milli komandamızın iştirakı ilə bağlı xərclərin qarşılanmasıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            636 02.11.23 19:05