Azərbaycan güləşçisi dünya ikincisi olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Messi tarixin ən böyük idmançısının adını çəkdi  |     22:54 Sumqayıtda meyiti tapılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB  |     22:46 Gəncədə sirkə turşusu içən kişi xəstəxanada ölüb  |     22:31 Bu çərəz gözlərə çox faydalıdır  |     22:18 Ərdoğan Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək  |     22:01 Gədəbəydə hamilə qadın naməlum şəraitdə ölüb  |     21:53 Azərbaycan XİN Paşinyana cavab verdi  |     21:43 Millimiz yenə uduzdu  |     21:35 "Formula 1" Azərbaycan Qran-Prisinin bütün biletləri satıldı  |     21:21 Yuxusuz qalmaq təhlükəlidir?  |     21:12 "Ram" 1.2 milyondan çox pikapını geri çağırdı  |     21:09 Sumqayıtda dəhşət - Qadın yanaraq öldü  |     20:59 Hollandiyanın "ING Group" şirkəti Azərbaycanda 2027-ci ilə qədər inflyasiya proqnozunu yenilədi  |     20:46 Ermənistanda partlayış: Ölən və yaralananlar var  |     20:22 Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:48 Bakıda idmançı QƏTLƏ YETİRİLDİ  |     19:40 Şimali Koreya liderindən ABŞ və müttəfiqlərinə XƏBƏRDARLIQ  |     19:23 "Qarabağ"ın rəqibinin görüşü polislərin keçirdiyi aksiyaya görə təxirə salınıb  |     19:08 Rüşvətə görə həbs olunan hərbi komissar 8.5 il azadlıqdan məhrum edilib  |     18:58 "Formula-1" zamanı hansı yollar açıq olacaq? - FOTO  |    

Azərbaycan güləşçisi dünya ikincisi olub

Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 çempionatında dünya ikincisi olub.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışın 4-cü günündə 5 qadın güləşçimiz mübarizəyə qoşulub.

Əsmər Cankurtaran (53 kq) təsnifat mərhələsində qazaxıstanlı Altın Şaqayevaya məğlub olub - 0:10.

Jalə Əliyeva (57 kq) ilk mərhələdə hindistanlı Rina Rinaya, 1/4 finalda isə rusiyalı Mariya Buzarovaya “tuş”la qalib gəlib. Əliyeva yarımfinalda kanadalı Mia Frizeni də vaxtından əvvəl xalçadan məyus yola salıb - 10:0. Jalə finalda yaponiyalı Sara Natamiylə güləşib. Açıq mübarizə şəraitində keçən görüşdə rəqibinə 8:18 hesabıyla məğlub olan Əlliyeva dünya ikincisi olub.

Birgül Soltanova (62 kq) 1/8 finalda Alina Kasabiyevaya uduzub - 0:10.

Nigar Mirzəzadə (65 kq) 1/8 finalda rusiyalı Amina Tandelovaya məğlub olub - 0:11. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mirzəzadə ukraynalı Yuliya Leskovetsə “tuş”la uduzaraq mübarizəni dayandırıb.

Mərziyə Sadıqova (72 kq) təsnifat mərhələsində türkiyəli Bukrenaz Sertə uduzub - 3:6.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            525 27.10.23 22:32