Qurban Qurbanov: "Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 İki günlük körpənin xəstəxanada naməlum ölümü  |     22:51 Parisdə mitinq iştirakçıları Makronun istefasını tələb ediblər  |     22:29 Zaqatalada yol qəzası zamanı xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB  |     22:17 Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb  |     21:51 Tramp Zukerberqi “sui-qəsddə” günahlandırıb və onu həbsxanaya göndərməklə hədələyib  |     21:47 Durovun saxlanılması hücumun bir hissəsidir - Filippot  |     21:17 İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək  |     21:10 Alimlər Yerin yaxınlığında üçüncü qlobal sahə tapdı  |     21:02 Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb  |     20:52 Sentyabrın 3-də bu ərazilərdə su olmayacaq  |     20:44 700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...  |     20:34 Qış parkında yay günü eskalatorları niyə "don vurdu"?  |     20:26 Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb  |     20:18 Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb  |     20:06 İmişlidə müəllim intihar edib  |     19:46 XİN rəsmisi: Azərbaycanın İtaliyadan silah aldığı barədə iddia həqiqəti əks etdirmir  |     19:33 Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir  |     19:23 Bakıda 18 yaşlı qız binadan yıxılıb öldü  |     19:10 UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının SİYAHISI - FOTO  |     18:29 Bakıda 17 yaşlı qız itkin düşdü  |    

Qurban Qurbanov: "Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil"

"Futbolçuları təbrik edirəm. Çox yaxşı mübarizə apardıq. Oyunçuların əzmkarlığından razı qaldım. Yaxşı komandaya qarşı qalib gəldik. Rəqibin də bacarıqlı oyunçuları var".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis görüşün çətin keçdiyini söyləyib: "Bu komandaya qarşı 90 dəqiqə mübarizə aparmalı və hərəkətli olmalıyıq. Futbolçular çox yoruldular. Çox çətin qrafikdəyik. Hazırda çox diqqətli olmalıyıq. Bəzi matçlarda rotasiya edirik. Bu periodda güc sərf etməliyik. Futbolçulara tez bərpa olunduqları üçün təşəkkür edirəm. Hesab görüşün asan keçdiyini göstərə bilər. Amma elə deyil".

Qurbanov Ağdam təmsilçisinin fanatlarının rəqib baş məşqçi Samir Abasovu istefaya səsləməsinə də münasibət bildirib: "Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil. Amma etirazımı bildirdim. Mənə görə xoş deyil. Hər zaman demişəm ki, hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddır. Öz düşüncələri və ideyaları var. İstəmirəm ki, bizim fanatları digər klubların məşqçilərinə şüar səsləndirsinlər. Rəqib komandanın baş məşqçisini istefaya səsləmək düzgün deyil. Mən istəyirəm ki, bizim bütün baş məşqçilərə hörmətlə yanaşsınlar. Ümid edirdim ki, bu, bir daha təkrarlanmayacaq".

Təcrübəli baş məşqçi Abdullah Zubirin görüşün sonunda ayağında ağrılar hiss etdiyini deyib: "Son günlər yaxşılaşmışdı. Ona görə arxayın idim ki, 90 dəqiqəyə gücü çatar. UEFA Konfrans Liqasında Qazaxıstan "Kayrat"ı ilə (2:1) matçdan sonra narahatlıq var idi. Sabah onun durumu tam bilinəcək".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            570 30.10.21 21:30