Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Daha 2 boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

27.10.2021 23:57 2 271
Daha 2 boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
Azərbaycan millisinin daha iki boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.

Apasport.az saytının məlumatına görə, mundialın üçüncü günündə rinqə çıxan təmsilçilərimizin hər ikisi qələbə qazanıb.

Boksçumuz Alfonso Dominqes AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani ilə qüvvəsini sınayıb. 86 kq çəki dərəcəsində baş tutan görüş Avropa Oyunlarının qalibinin asan qələbəsi ilə yekunlaşıb. Tokio-2020-nin də mükafatçısı olan Dominqes rəqibini 5:0 (30:26, 30:25, 30:25, 30:26, 30:26) hesabı ilə məğlub edərək, 1/8 finala yüksəlib. O, oktyabrın 31-nə təsadüf edəcək növbəti döyüşündə rumıniyalı Pol Aradoae ilə döyüşəcək.

Tayfur Əliyev (60 kq) 1/32 final mərhələsi çərçivəsində Çarles Petit-Hommla (Haiti) üz-üzə gəlib. Döyüşü üstün keçirən boksçumuz dünya çempionatına qələbə ilə başlayıb. O, ikinci qarşılaşmasında ilk mərhələdən azad olan italiyalı Simone Spada ilə münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 29-da olacaq.

Qeyd edək ki, dünya çempionatının dördüncü günündə daha 1 boksçumuz yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92 kq) Yonas Yazeviçiuslə (Litva) gücünü yoxlayacaq.

Son xəbərlər