Futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
"Report"un məlumatına görə, Niderlandın Zeist şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Joze Alesionun baş məşqçi olduğu kollektiv İspaniya, Gürcüstan və Bosniya və Herseqovina yığmaları ilə birlikdə D qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, 19 yanvar - 6 fevralda Niderlandda keçiriləcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq. İndiyədək İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Gürcüstan, Finlandiya, Slovakiya, Bosniya və Herseqovina isə həlledici mərhələdə debüt edəcəklər.