Futbol üzrə Qazaxıstan Premyer Liqasındakı legioner limiti növbəti mövsümdən ləğv ediləcək.
Bu barədə jurnalist Aydın Kojaxmet yerli mətbuata açıqlamasında bildirib.
O, layihənin hələlik təsdiqlənmədiyini, lakin klublara baxılması üçün göndərildiyini söyləyib: "Daha sonra bütün klub rəhbərləri bir araya gələrək bu fikri müzakirə edəcək. Əksəriyyət müsbət cavab versə, çempionatdakı limit aradan qaldırılacaq".