Azərbaycanın yunan-Roma güləşi üzrə millisi rekorda imza atıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |     16:39 Mirzоyan: "İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb"  |     16:31 Göyərtəsində azərbaycanlıların olduğu gəmilərin Afrikada saxlanılmasının detalları MƏLUM OLDU  |     16:27 Məşhur "Şuşa" restoranı sökülür - VİDEO  |     16:21 Əməliyyat zamanı doğum günü: Cərrah xəstənin həyatını heçə saydı - VİDEO  |     16:17 Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı  |     15:24 "WhatsApp"dan istifadəçilər üçün yeni möhtəşəm FUNKSİYA - FOTO  |     15:06 Baş Prokurorluqda yüksək vəzifəyə TƏYİNATLAR - FOTO  |     14:45 Paytaxtın bir küçəsində sürət həddi endirildi  |     14:21 Tiktoker "Nurdan" həbs edildi  |     14:20 Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub  |     13:29 BDYPİ traktor sürücülərinə ÇAĞIRIŞ ETDİ  |    

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi rekorda imza atıb

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.

Mundialın son dörd günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.

Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə uğurlu çıxış edib.

Belə ki, yığmamız bir qızıl, bir gümüş və iki bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.

Beləliklə, komandamız altı illik fasilədən sonra dünya çempionatında ilk üçlükdə qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə dünya çempionatında dörd medal qazanıb ki, bu da rekord nəticədir.

Qeyd edək ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 410 11.10.21 11:54